"Azəristiliktəchizat" müxtəlif qurumlara olan borclarının 70-80%-ni subsidiya hesabına bağlayır.
Eləcə də bax: İlham Mirzəliyev: "İstilik tariflərini artırmaq olar, əhali buna razıdır"
FED.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Bu gün istilik tarifi 1 kvadrat metr yaşayış sahəsi üçün 15 qəpik müəyyən edilib. Biz isə bu qiymətə faktiki olaraq bütün mənzili qızdırırıq. Yaşayış sahəsi mənzilin ümümi sahəsindən adətən 2 dəfə az olur. Belə çıxır ki, 1 kvadratmetrə görə 7 qəpik ödəniş edilir. Son nəticədə ilin sonunda bizim borclarımız yaranır və növbəti istilik mövsümünün başlaması gecikir. İstilik təchizatı sosial xidmət olduğu üçün tariflərin artırılması bu vaxta qədər məqsədəuyğun hesab edilməyib. Bunun əvəzində subsidiyanın ayırlması nəzərdə tutulub. Subsidiya bizim borcların 70-80 % ni bağlayır. Qalan borc isə ilin sonunda bağlanır", - deyə o, qeyd edib. (Report)