OPEK+ üzvü olan bəzi ölkələrin, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq barədə qərarından sonra dünya bazarında neft 5% bahalaşıb.
FED,az xəbər verir ki, qərardan sonra WTI nefti üzrə may müqavilələrinin qiyməti 7,12% bahalaşaraq 81,09 dollara yüksəlib. İyun ayı üzrə Brent neftinin qiyməti isə 7,13 faiz bahalaşaraq 85,59 dollar olub.
Xatırladaq ki, bir gün əvvəl Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel azaldacağını bildirib. Eyni qərarı Rusiya da verib.