Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azeri Light” markalı neftin dünya bazarındakı qiymətinin proqnozlaşdırılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) sifariş verib.
FED.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”ndakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən sifariş artıq icra olunub: “Mən fürsətdən istifadə edərək SOCAR-a, onun prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm”.
Eləcə də bax: Neft qiymətləri istənilən zaman çökə bilər - EKSPERT