Rusiyanın işğalı və hərbi əməliyyatlar nəticəsində enerji infrastrukturu böyük zərər görən Ukrayna qışa hazırlıq üçsün bu il rekord həcmdə odun ehtiyatı toplayıb.
Rusiya nefti üçün qiymət həddi qüvvəyə minir - Azərbaycan üçün gözləntilər
FED.az xəbər verir ki, Ukraynanın Dövlət Meşə Ehtiyatları Agentliyi (Qoslesagenstvo) ölkədə rekord həddə yanacaq odunu ehtiyatı yaradıb – odunun həcmi 260 min kubmetrə çatır.
Noyabrın ortalarında odun ehtiyatı təxminən 187 min kubmetr olub. Hazırda odunun satın alınması satış həcmini xeyli üstələyir və dekabrda daha 314 min kubmetr odun ehtiyat toplanacaq. Ümumilikdə meşə təsərrüfatları ilin sonuna kimi ölkə daxilində 1,1 milyon kubmetr odun satmağı planlaşdırır.
Xatırladaq ki, noyabrın 25-də Ukrayna Nazirlər Kabineti yanacaq odununun ixracına qadağa qoyub. Baş nazir Denis Şmıqalın izah etdiyi kimi, bu addım Ukrayna enerji sisteminin bir çox obyektlərinə ciddi ziyan vurduqdan sonra odun bir çox ərazilərdə istilik üçün əsas resursa çevrilməsi ilə izah olunur.