Ukrayna-Rusiya müharibəsində adətən təşəbbüsü əlində saxlayan Rusiya ciddi problemlə üzləşib.
FED.az xəbər verir ki, Ukrayna tərəfi Rusiyanın zəif nöqtəsini tapıb və ardı-arası kəsilmədən o nöqtəyni vurur – Ukrayna dronları Rusiyanın neft emalı zavodlarını vuraraq neft emalını 44 min tona endiriblər.
Nəticədə Rusiyada yanacaq böhranı başlayıb.
Son aylar ərzində Ukrayna dronlarının zərbələri nəticəsində Rusiyanın neft emalı zavodlarının 13%-i sıradan çıxıb. Ekspertlər bildirir ki, bu zərər stratejidir və uzunmüddətlidir, yəni onu tezliklə bərpa etmək mümkün olmayacaq.
Avqustun əvvəlindən bəri Rusiya neft emalı sahəsində son illərin ən böyük itkiləri ilə üzləşib. Ukrayna dronları Rusiyanın bir neçə iri neft emalı zavodunu birdən sıradan çıxarıb, nəticədə ölkə üzrə neft emalı 13,5% aşağı düşüb. «Reuters»in məlumatına görə, söhbət ildə 44 milyon ton neftin emalından gedir. Bu vəziyyət energetika sektoruna ağır zərbədir.
«Bloomberg»in strateji araşdırmalar mərkəzinin eksperti Aleks Klark bildirir ki, bir neçə zavodun birdən dayanması bütün təchizat zəncirinə zərbə vurur – ordunun yanacaqla təminatından tutmuş ixrac müqavilələrinədək. 13% itki Rusiya iqtisadiyyatı üçün ciddi zərbədir.
Avqust ayında Ukrayna dronları ilə Rusiyanın Novokuybışev NEZ, Saratov NEZ, Samara NEZ, Volqoqrad NEZ zədələnib, eləcə də «Rosneft»in Ryazandakı ən böyük zavodu qismən zədələnib. Bütün bunlar neft emalının 44 milyon ton azalmasına səbəb olub. Müqayisə üsün bildirək ki, Rusiya 2023-cü ildə 267 mln ton neft emal edib – bu son 12 ildə ən aşağı göstəricidir.
FED.az xəbər verir ki, «Reuters»in energetika üzrə analitiki Pol Stivens bildirir ki, NEZ-lərnin təmiri böyük vaxt və unikal avadanlıq tələb edir, onların gətirilməsi isə müharibə və sanksiyalara görə çətinləşib. Bu o deməkdir ki, Moskva nə qədər çalışsa da. Onları tezliklə bərpa edə bilməyəcək.
Ukrayna dronları bu müharibədə xüsusi rol oynamağa başlayılar və Kiyevin əsas müdafiə alətinə çevriliblər. Bu dronlar naviqasiya və partlayıcı ilə təmin edilərək Rusiya daxilinə 100 və ya min kilometrlərlə irəliləyir, HHM sistemindən yayınır və zavodlara zərbə endirirlər. Zavodda isə dronun istənilən hissəyə, məsələn katalitik krekinq qurğusuna zərər vurması, zavodun işinin uzun müddət – aylarla dayanmasına və sıradan çıxmasına səbəb olur. Belə hücumun Ukrayna üçün üstün cəhəti odur ki, onlar vurduğu zərərlə müqayisədə olduqca ucuz başa gəlirlər.
«Defense»nin hərbi analitiki Oleq Katkov bildirir ki, 10 min dollarlıq dron milyard dollarlıq zərər vurur, bu da hücumun effektini qat-qat artırır.
FED.az xəbər verir ki, emalın azalması Rusiyanın təkcə benzin ixracına təsir etmir, həm də daxili tələbatda çətinlik yaradır. Son illər ərzində Rusiya ilk dəfə olaraq emalda çətinilklərlə üzləşib. Yanacağa daxili tələbat yüksək olduğundan daxili bazarda benzin qıtlığı və bahalaşma yarana bilər.
Qeyd edək ki, neft məhsulları Rusiyanın xarici ixracında mühüm yer tutur, onun azalması büdcəyə birbaşa zərbədir. Eyni zamanda daxili bazarda benzin və ldizet qıtlığı yaranır.
Ən əsası, yanacağın azalması ordunun yanacaqla təminatında ciddi problem yaradır.
Rusiyanın zəif nöqtəsini tapan Ukraynanın belə hücumlarını daha da artıracağı şübhə doğurmur. Başqa sözlə, Rusiya iqtisadiyyatı ölkənin özünün başladığı müharibədən ciddi zərərlər hiss etməyə başlayıb.