Türkiyənin Kayseri ve Bursa şəhərlərinə təbii qazın paylanmasını SOCAR həyata keçirəcək.
FED.az Habertürk-ə istinadən xəbər verir ki, Azərbaycan milli neft şirkəti SOCAR, Alman enerji şirkəti olan EWE AG-nin Türkiyə əməliyyatlarını icra edən EWE Turkey Holding ilə filiallarını - Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom'u alıb.
Eləcə də bax: Neft Fondu: «Bu saat ən etibarlı yatırım qızıldır» - MÜSAHİBƏ
Təsdiq olunması gözlənilir
Satınalma prosesi Rəqabət Təşkilatı, Enerji Bazarı Tənzimləmə Təşkilatı (EPDK) və İnformasiya texnologiyaları və Ünsiyyət Təşkilatları İdarəsi (İKTB) tərəfindən təsdiqləndikdən sonra yekunlaşacaq.
“İnvestisiya zəncirinin əhəmiyyətli həlaqələrindən birdir”
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq əhəmiyyətli həlqələrdən biri olduğunu deyib.R.Abdullayev bildirib ki, “Azərbayacanın beynəlxalq markası olan SOCAR 2013-cü ildən bu tərəfə Türkiyə bazarına illik 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirib. Ötən il açılışı edilərək fəaliyyətə başlayan TANAP layihəmizlə, Azərbaycandan gələn təbii qazın ötürülməsini də təmin edirik. EWE Turkeyi almaqla Türkiyədə təbii qazın istehsal-ötürmə-paylama zəncirinin bütün halqalarını tamamlayan, kommersiya baxımdan olduqca əhəmiyyətli, strateji bir addım atmış oluruq. Bu addımla yaradılacaq sinerji, Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracaq.”
EWE 2007-ci ildə Türkiyədə fəaliyyətə göstərməyə başlamışdı
SOCAR'dan edilən şərhə görə EWE Turkey Holding, Türkiyənin 4-cü böyük təbii qaz tədarükçüsü mövqeyindədir.. Türkiyə bazarındakı fəaliyyətlərinə 2007-ci ildə başlayan EWE Turkey Holding, enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom ilə fəaliyyət göstərirdi. Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding-in konsildə edilmiş gəliri 2017-ci ilin sonu üçün 2,4 milyard lirəyə çatmışdı.