Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Tunisə cəmi 310,3 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Tunisə ixrac edilmiş neftin dəyəri isə 167,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 133,6 min ton (30%), dəyərində isə 110,6 milyon dollar (39,7%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Tunisə 278,5 milyon dollar dəyərində 443,9 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Tunisə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 920 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 147 manat (13,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1067 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Tunis 2025-ci ildə 11-ci, 2024-cü ildə isə 10-cu yerdə olub.










