ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”nın Çində qurduğu enerji saxlanc qurğusu zavodu istehsala başlayıb.
“Tesla” səhmləri dekabr ayından bu yana 25% ucuzlaşıb
FED.az xəbər verir ki, Şanxay şəhərində qurulan zavod bu gün səhər saatlarında təşkil edilən mərasimlə fəaliyyətə başlayıb.
4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək zavod ildə 10 min ədəd ilə 40 gigavat-saat ümumi enerji saxlamağı hədəfləyir. Bildirilib ki, 200 min kvadratmetr sahədə qurulan zavodun tikintisi 8 aya başa çatıb və müəssisəyə ümumi 1,45 milyard yuan (202 milyon dollar) investisiya qoyulub.
Hazırda “Tesla”nın ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min “Megapack” istehsal etmək gücünə malik meqa zavodu var. Şirkət, həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən “giqa fabriki”ni 450 min əlavə istehsal həcmi ilə genişləndirməyi planlaşdırır. (Azərtac)