Avropada qazın qiymətləri soyuq hava şəraiti səbəbindən son iki ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycanın Yunanıstana satdığı qaz - 2 DƏFƏ UCUZLAŞIB
FED.az xəbər verir ki, bazar ertəsi qaz fyuçersləri 5,4% bahalaşaraq 58,75 avroya yüksəlib. Şimal-Qərbi Avropada yaxın günlərdə gözlənilən şaxtalı hava istilik tələbatını artıraraq qiymət artımını daha da sürətləndirə bilər.
Soyuq və küləksiz hava şəraiti qışda qaz istehlakını artırıb, bərpa olunan enerji mənbələrinin payını isə azaldıb. Hazırda Avropanın qaz anbarları ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı səviyyədədir – doluluq göstəricisi 49%-dir ki, bu da ötən ilki 67%-lə müqayisədə kəskin azalmadır. Bu vəziyyət anbarların yay aylarında yenidən doldurulmasını çətinləşdirir.
Ekspertlər Avropa İttifaqının yaz aylarına aşağı qaz ehtiyatı ilə daxil olma riskinin artdığını bildirirlər. Bununla yanaşı, Norveçdə yay aylarında texniki baxış səbəbindən tədarükün məhdudlaşması və ABŞ-ın tətbiq etdiyi tariflərin mayeləşdirilmiş qaz idxalını bahalaşdırması bazardakı gərginliyi artırır. Analitiklər fevral ayında qaz istehlakının illik müqayisədə 17% artacağını proqnozlaşdırırlar.