2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 358 milyon 374 min dollar həcmində 849 milyon 533 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 499 milyon 162 min dollar və ya 2,4 dəfə, miqdar ifadəsilə isə 190 milyon 397 min kub metr, başqa sözlə 18,3% azalıb.
Qeyd edək ki, 2023-cü il 11 ayı ərzində Azərbaycandan 857 milyon 537 min dollar dəyərində 1 milyard 40 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin 11 ayının nəticələrinə görə Azərbaycanın Yunanıstana ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 71 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 40 qəpik idi. Bu da illik müqayisə ilə 69 qəpik və ya 48,8% azalma deməkdir.