“SOCAR Turkiye Enerji” şirkətinin Türkiyədə inşa etdiyi “STAR” Neft Emalı Zavodunun fəaliyyətindən illik $500 mln. gəlir əldə edəcək. Bunu şirkətin baş direktoru Zaur Qəhrəmanov deyib.
"Hesab edirik ki, “STAR” NEZ-in fəaliyyətindən illik gəlirimiz ən azı $500 mln. təşkil edəcək. Əgər sınaq müddətində heç bir çətinlik yaranmasa, müəssisə 2019-cu ilin yanvar ayından tam gücü ilə fəaliyyətə başlayacaq. Müəssisənin illik istehsal gücü 10 milyon ton neft təşkil edəcək», - deyə o, CBC telekanalına müsahibəsində bildirib.
FED.az-ın məlumatına görə , baş direktor qeyd edib ki, “SOCAR Turkiye Enerji”nin son qiymətləndirmələrinə görə, zavodun tikintisi layihəsinə çəkilən xərc 9-10 il ərzində çıxarılacaq.
«Ümumi dəyəri $6,3 mlrd. olan layihəyə bu günədək təxminən $5,6 mlrd. investisiya qoyulub», - deyə Z.Qəhrəmanov vurğulayıb.
CBC telekanalının məlumatına görə, avqustun 10-dək “STAR” Neft Emalı Zavoduna Rusiyanın 100 min tonluq “Urals” markalı nefti də daxil olacaq.*