SOCAR AQŞ və "KCA Deutag" beynəlxalq neft-servis şirkəti birgə müəssisə yaradırlar.
FED.az xəbər verir ki, sabah Bakıda tərəflər arasında birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalanacaq.
"KCA Deutag" nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə, o cümlədən Qazaxıstanda BP şirkətinin əsas podratçılarından biridir.
Bundan əvvəl şirkətin kommunikasiya bölməsinin rəhbəri Dayan Stüart Trend-ə bildirmişdi ki, şirkət Azərbaycan və Xəzər regionundakı layihələrdə iştirakını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, "KCA Deutag" Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərir. Şirkətin baş ofisi Aberdində yerləşir.