“Ukrnafta” və SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkələri Ukraynadakı şəbəkələrdə yanacaq kartlarının qarşılıqlı dövriyyəsini razılaşdırıb və və emitentlərarası proqram haqqında müqavilə imzalayıb.
SOCAR Ukraynaya 20 ton - YANACAQ VERİB
FED.az xəbər verir ki, SOCAR-ın sCard və “Ukrnafta”nın NAFTA kart sahibləri olan hüquqi şəxslər hər iki şəbəkədə endirimli qiymətlə lazımi həcmdə yanacaq əldə edə bilərlər.
Ödəniş yanacaq kartlarına bağlı hesablardakı vəsait hesabına həyata keçirilir.
“Bu, hər iki şirkətin müştərilərinə yanacaqdoldurma məntəqələrinin coğrafiyasını genişləndirməyə imkan verir: hazırda “Ukrnafta” şəbəkəsində 456, SOCAR şəbəkəsində isə 57 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də harada olmağınızdan asılı olmayaraq siz həmişə sərfəli təkliflə avtomobilinizə yüksək keyfiyyətli yanacaq doldura bilərsiniz”, - deyə “Ukrnafta” bildirir.
“Ukrnafta” Ukraynanın ən iri neftçıxarma şirkətidir. (İnterfaks-Azərbaycan)