9 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.














