Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Avropaya Trans Anadolu Təbii Qaz Boru kəməri (TANAP) üzərindən hidrogen daşınması üzrə işlərin tamamlandığını açıqlayıb.
FED.az xəbər verir ki, bir konfransda çıxış etmiş Elşad Nəsirov, "Boru kəmərinin 20%-i hər hansı bir əlavə sərmayə lazım olmadan hidrogen daşımaq üçün istifadə edilə bilər" deyib.
Neft və təbii qaz şirkətlərinin ətraf mühitlə əlaqədar dəyişən tələblərə uyğunlaşmaları lazım olduğunu dilə gətirən Nəsirov, "Artıq çox sürətli düşünmək məcburiyyətindəyik. BP, Almaniya və Yaponiya şirkətlərlə hidrogen texnologiyaları üzərində danışıqlar aparırırq. Bu çərçivədə SOCAR olaraq TANAP üzərindən Avropaya hidrogen daşınması üçün araşdırma və analiz işlərimizi tamamlamışıq. Boru xəttinin 20%-i hər hansı bir əlavə sərmayə lazım olmadan hidrogen daşımaq üçün istifadə edilə bilər",- deyib.
Nəsirov, Cənub Qaz Koridorunun tamamlanması ilə SOCAR-ın Avropa bazarlarına qaz daşımağa başladığını xatırladıb.
SOCAR olaraq Avropada yeni bazarlara daxil olmaq istədiklərini ifadə edən Nəsirov, "Şərqi Aralıq dənizidə İsrail qazının Türkiyə üzərindən TANAP-a bağlanaraq Avropaya çatdırılması iqtisadi olaraq ən sərfəli variantdır və biz bunu dəstəkləyirik" deyib.