SOCAR (ARDNŞ) Rusiyada Antipinski nef emalı zavodunun (NEZ) 9,6 % minoritar payını əldə edib. Bu barədə Rusiyanın RBK nəşri məlumat verir.
Xəbər verildiyi kimi, dünən SOCAR elan edib ki, lazımi prosedurları başa vuraraq Antipinski NEZ-in səhmlərinin 80%-nin sahibi olan “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.
FED.az xəbər verir ki, SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.
Eləcə də bax: Azərbaycan şirkəti Ankarada ofisini açıb
RBK-nın məlumatına görə, SOCAR-ın zavodda səmərəli payı 9,6% təşkil edib. Bu barədə zavodun səhmdarlarının qeydiyyata alındığı Kiprinreyestrinin çıxarışında qeyd olunub. SOCAR-ın 100%-lik törəməsi “SOCAR RUS” MMC Kiprin “Socar Russia Investments” şirkətində 20% pay əldə edib. “Socar Russia Investments” isə öz növbəsində “Sberbank” ilə birgə müəssisə “SOCAR Enerqoresurs”un 60% payının sahibidir. 2019-cu ilin iyun aynda həmin birgə müəssisə Antipinski NEZ-in 80%-nin sahibi olub.
Cari ilin may ayında “Sberbank” “Noviy potok” qrupundan “Antipinski NEZ” SC-nin səhmlərinin 80%-ni alıb. Sonra məlum olub ki, “Sberbank” və “SOCAR Enerqoresurs” MMC qrupu Kiprin “Vikay Industrial Limited” şirkətinin 80% səhmləri üzərində mülkiyyət hüququ əldə edib.
May ayında “Sberbank” qprupunun şirkəti “СБК Комплект” MMC (40%) və “Socar Russia Investments Ltd” (60%) “SOCAR Enerqoresurs”un təsisçiləri qismində çıxış ediblər. İyulun əvvəlində Kiprin “Mediterranean Nominees Limited” şirkətinə məxsus “Energoresource RT Limited” “SOCAR Enerqoresurs”un yeganə sahibi olub.
Gücü 9 mln. ton təşkil edən Antipinski NEZ Ai-95, Ai-92 və Avro-5 keyfiyyət standartında Ai-80 markalı benzin, dizel yanacağı, neft koksu, maye qaz, karbohidrogen qazı istehsal edir. 2018-ci ildə NEZ nef t emalını 2017-ci ildə 7,3 mln. tondan 6,4 mln. tonadək azaldıb. 2019-cu ilin birinci yarısının yekunları üzrə emal həcmi ötən ilin analoji dövrü ərzində 3,48 mln. tondan 1,769 mln. tonadək azalıb. Son məlumatlara əsasən, NEZ-in borcu $5 mlrd. təşkil edir, bunun təqribən $3 mlrd.-ı “Sberbank” qarşısındakı borcun payına düşür.
İnterfaks-Azərbaycan