Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın "Ukrnafta" şirkəti mövcud əməkdaşlığın cari vəziyyətini, inkişaf perspektivlərini müzakirə edib.FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy arasındakı görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.













