“SOCAR Polymer” MMC-yə yaxın vaxtlarda yeni özəl səhmdarın daxil olması nəzərdə tutulub.
FED.az xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib. O, potensial səhmdarın adını açıqlamayıb.
F. Cəfərov qeyd edib ki, SOCAR-ın “SOCAR Polymer” şirkətində payı 50%-dən aşağı düşməyəcək: “Yəni, əsas nəzarət payı SOCAR-da qalacaq. Hazırda şirkətdə SOCAR-dan başqa, “Vitol Black Sea V.L.L” 19%, “Paşa Holding” 10%, “Gilan Holding” (“Ecoland”) 10%, “Azərsun Holding” 5% civarında paya malikdir”.