Dövlət Vergi Xidmətinin xətti ilə 2020-ci ilin dövlət büdcəsində neft sektoru üzrə daxilolmalarda Azərbaycan SOCAR tərəfindən büdcə ödənişləri 1 198,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15% azdır.
Eləcə də bax: "Fitch" SOCAR-ın reytinq üzrə - Proqnozunu Yüksəldib
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.
Məlumata görə, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların ödədiyi mənfəət vergisinin həcmi 603,7 mln. manat təşkil edib.
“2020-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin proqnozda 55 ABŞ dolları, sonra da dürüstləşmiş büdcədə 35 ABŞ dolları nisbətində götürülüb”, – rəydə qeyd olunur.
Vurğulanır ki, dövlət büdcəsinə neft sektorundan daxilolmaların 12 200 mln. manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 1 802,1 mln. manatını isə Dövlət Vergi Xidmətinin xətti ilə neft sektorundan daxilolmalar təşkil edib. (Apa)