Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 94,4% artaraq 78,633 mlrd. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin 2017-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Hesabat “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunub.
Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 85%-ni təşkil edib.
SOCAR-ın Azərbaycandakı gəlirləri 4,1% artaraq 5,382 mlrd. manat, Türkiyədə - 41,6% artaraq 4,925 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) – 14,5% artaraq 1,324 mlrd. manat, Gürcüstanda – 13,3% artaraq 1,185 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 82% artaraq 1,122 mln. manat təşkil edib.
Qeyd edək ki, 2017-cı ildə SOCAR-ın məcmu gəlirləri 78% artaraq 92,571 mlrd. manat olub.