Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 20% artaraq 94,503 mlrd. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.
SOCAR-ın Azərbaycandakı gəlirləri 23% artaraq 6,626 mlrd. manat, Türkiyədə 0,95% artaraq 4,972 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 77,6% artaraq 2,352 mlrd. manat, Gürcüstanda 5,1% azalaraq 1,124 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 44,5% artaraq 1,621 mln. manat təşkil edib.
Qeyd edək ki, 2018-cı ildə SOCAR-ın məcmu gəlirləri 20% artaraq 111,198 mlrd. manat olub.
Eləcə də bax: SOCAR-dan 1,2 milyarda manat xalis mənfəət - HESABAT