2021-ci ildə dövlət büdcəsinə neft sektorunun hesabına 13,776 milyard manat daxil olması gözlənilir ki, bunun da 12,2 milyard manatını Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfert, 1,576 milyard manatını isə vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək.
Eləcə də bax: Hökumət şirkətlərin mənfəətdən vergi ödəmə qabiliyyətini azalacağını - Proqnoz Edir
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, neft sektoru üzrə daxilolmalarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1,136 milyard manat, neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi isə 440 milyon manat nəzərdə tutulur. SOCAR və onun törəmə müəssisələrinin vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 104 milyon manat və yaxud 8,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədəisə 273 milyon manat və yaxud 19,4% azdır.
Azalmanın əsas səbəbi növbəti il xam neft ixracının azalması, təbii qazın ixrac qiymətinin aşağı düşməsi, 29 noyabr 2019-cu il tarixli qanuna Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixindən ƏDV üzrəvergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər vəxidmətlər) üçün faktiki ödənişin aparıldığı vaxt sayılmasının Şirkətin vergi öhdəliklərinə təsirinin nəzərə alınması olub. Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi isə cari ilin təsdiq edilmiş proqnozundan 110 milyon manat və yaxud 20%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 391 milyon manat və yaxud 47,1 % azdır. Azalmanın səbəbi OPEC+ sazişi çərçivəsində satış üzrə neft həcmlərinin azalması ilə bağlı olub.