Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR-ın 2021-ci ildə Türkiyədən əldə etdiyi gəlir düz 2.3 dəfədən çox artıb.
Eləcə də bax: Azərbaycanın ən böyük şirkəti 2 milyard manat - Xalis Mənfəət Açıqladı
FED.az Banker.az-a istinadən xəbər verir ki, dövlət şirkətinin illik audit rəyində qeyd edilir ki, SOCAR Türkiyədəki biznesindən 17 mlrd. 567 mln. manat ekvivalentində gəlir əldə edib. Bu 2020-ci ildə 7 mlrd. 618 mln. manat olub.
Rəyə görə ümumi 77 mlrd. 531 mln. manatlıq gəlirin 44 mlrd. 625 mln. manat ekvivalentində İsveçrədən (2020: 30 mlrd. 478 mln. manat), 7 mlrd. 804 mln. manatı Azərbaycandan (6 mlrd. 311 mln.), 2 mlrd. 937 mln. manat ekvivalenti Birləşmiş Ərəb Əmirliklərindən ( 2 mlrd. 223 mln. manat), 1 mlrd. 240 mln. manat ekv. Gürcüstandan (1 mlrd. 045 mln. manat) gəlib.