2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5 % azalaraq 112 milyard 350 milyon ton təşkil edib.
Eləcə də bax: "JP Morgan" Azərbaycanda xam neft hasilatı üzrə proqnozları - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.
Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən neft ehtiyatları 61 milyard 311 milyon ton (illik müqayisədə 8,7 % az), istehsala daxil edilməyən neft ehtiyyatları 6 milyard 755 milyon ton (1,9 % az), işlənmiş neft ehtiyyatları 68 milyard 066 milyon ton (8 % az), işlənməmiş neft ehtiyyatları 44 milyard 284 milyon ton (4,1 % az) təşkil edib.
Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib. (Report)