"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın avtonom kredit profilini (SCP) "b+" səviyyəsində qiymətləndirir.
Eləcə də bax: "Fitch" SOCAR-ın reytinq üzrə - Proqnozunu Yüksəldib
FED.az xəbər verir ki, "Fitch" SCP-nin bu səviyyədə olmasını şirkətin yüksək levereci, yüksək hasilat həcmləri (gündəlik 267 min barel neft ekvivalentində) və etibarlı 12 illik təsdiq olunmuş neft ehtiyatları ilə əsaslayır.
Qeyd edək ki, "Fitch" analitiklərinin hesablamalarına görə, 2021-2023-cü illərdə SOCAR-ın əməliyyat vəsaitinin (FFO) xalis leverecə olan nisbətinin 4,5x qalması və avtonom kredit profilinin azalmasına gətirib çıxara biləcək 6x nisbətindən uzaq qalacağı güman edilir.
Xatırladaq ki, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olmuşdu ki, ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək. Bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir. (Apa)