Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ildən 2019-cu ilin fevralınadək subpodratçı, istehsalçı və tədarükçülərlə bağladığı müqavilələrin 56 faizə yaxını Azərbaycan şirkətlərinin payına düşür.
FED.az xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.
SOCAR-ın kiçik və orta biznes üçün avadanlıqlar, xidmətlər və materiallara olan tələbat barədə məlumatların yerləşdirəcəyi yeni portal barədə danışan T.Qəhrəmanov bildirib ki, bu, böyük nailiyyətdir:
“Bu gündən başlayaraq yerli istehsalata dəstək yeni səviyyəyə çıxacaq və yerli şirkətlər layihələrdə daha fəal iştirak edəcək”.