SOCAR-ın “Kompleks qazma işləri” tresti "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.
Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilmiş və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.
Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə ("Neftqazelmitədqiqatlayihə" İnstitutu , İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.
“Kompleks qazma işləri” tresti qazma plan-qrafikinə müvafiq olaraq hazırda qazılmaqda olan, eləcə də gələcəkdə qazılması nəzərdə tutulan neft və qaz quyularında bütün proseslərin müasir standartların tələblərinə uyğun, yüksək keyfiyyət və qabaqcıl texnologiyalara əsaslanaraq həyata keçirilməsi üçün lazım olan mal-material,avadanlıqların və xidmətlərin satın alınması məqsədilə mütəmadi olaraq satınalma əməliyyatları təşkil edir.
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün əksər satınalma prosedurları “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.
Bəzi satınalma əməliyyatları haqqında aşağıda daha ətraflı məlumat əldə etmək olar :
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
“Kompleks qazma işləri” tresti
“Karbohidrogen” əsaslı qazma məhlulunun, kimyəvi reagentlərin və mühəndis xidmətinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi
(№ 26018-21RA) elan edir.
|
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 22.10.2021-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır. Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir. |
|
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
|
|
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
AZN Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ01350100000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2Х ABŞ dolları Intermediary Bank:Deutsche Bank Trust Company Americas,New York S.W.I.F.T: BKTRUS33 ACC # USD 04-164-504 Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department SWIFT:İBAZAZ2X Beneficiary: State Oil Company of Azerbaijan Republic TAX İD: 9900003871 Account \ IBAN AZ28IBAZ38110018409306332120 USD AVRO Intermediary Bank:Commerzbank AG, Frankfurt am Main S.W.I.F.T: COBADEFF ACC # 400 88 660 3001 Beneficiary Bank: The International Bank of Azerbaijan Republic " Customer Service Department SWIFT: İBAZAZ2X Beneficiary: State Oil Company of Azerbaijan Republic TAX İD: 9900003871 Account No: AZ08IBAZ38110019789306332120 EUR
|
|
Müqavilənin icra müddəti:
|
|
Təminatlar :
|
|
Satınalan təşkilatın ünvanı: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105. SOCAR, “Kompleks qazma işləri” tresti Əlaqələndirici şəxs: İbrahimov Rafael . Maddi-texniki təchizat və marketinq şöbəsi, qrup rəhbəri Telefon : (+99 412) 521-31-66 Faks : (+99 412) 521-31-66 |
|
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan: www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices) |
|
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 29.10.2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır. |
|
Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards |
SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu