Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcəyə ödədiyi mənfəət vergisinin həcmi məlum olub.
SOCAR ilin birinci rübünün nəticələrini - AÇIQLAYIB
FEDa.z xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.
Ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 8136,3 milyon manatı və ya 52,3 faizi qeyri-neft sektorunun, 7406,6 milyon manatı və ya 47,7 faizi neft sektorunun payına düşüb.
Neft sektoru üzrə vergi daxilolmalarının 27,2%-i və ya 2012,7 milyon manatı SOCAR-ın, 72,8%-i və ya 5393,9 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib. (Apa)