SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 milyard manat1 ödəyib.
Eləcə də bax: SOCAR-la STP birgə müəssisə yaradıb - İMZALANDI
FED.az xəbər verir ki, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.
2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.
SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat vəsait ödəyib.