SOCAR Gürcüstandakı investisiya proqramını başa çatdırıb. Bununla əlaqədar hazırlanmış hesabat hökumətə təqdim olunub və hesabat təsdiq edilib.
FED.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “SOCAR Georgia GAS” şirkətinin baş direktorunun birinci müavini Anton Samsonidze deyib.
Eləcə də bax: Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı
“SOCAR Georgia Gas” Gürcüstana 300 milyon dollardan çox sərmayə yatırıb. 800-dən çox yaşayış məntəqəsinə qaz xətləri çəkilib, bundan 100 minlərlə ailə, eləcə də, kommersiya şirkətləri də istifadə edir.
Amma müəyyən səbəblərdən real abonentlərin hamısı hələ də qazpaylayıcı şəbəkəyə qoşula bilməyib. SOCAR bundan sonra onların da şəbəkəyə qoşulmasını təmin edəcək. Bundan başqa, SOCAR 10 il əvvəl quraşdırdığı avadanlığın təmir və bərpası, qazlaşdırma və digər işləri davam etdirəcək”, - deyə o bildirib.