Almaniyanın “EWE” enerji şirkəti 2007-ci ildən girdiyi Türkiyə bazarından çıxır.
FED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "EWE”nin şəhərdaxili təbii qaz paylanmasını həyata keçirən “Bursagaz” və “Kayserigaz”dakı hissələrini satmaq üçün potensial alıcılarla görüşlərini demək olar ki, tamamlayıb.
Türkiyədə milyonlarla dollarlıq neft emalı zavodu və boru xətti yatırımları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti olan SOCAR satışa çıxarılan səhmlərin ən güclü alıcı namizədi olaraq bilinir. Enerji kulislərində bu hissələr üçün müzakirə olunan məbləğin 200-250 milyon dollar olduğu deyilir.