“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın (SNG) satışına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilir.
FED.az xəbər verir ki, bununla SNG satışını həyata keçirən YDM-rin sayı 3-ə çatıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin sonunadək Bakı və Bakıətrafı bölgələrdə 10 sıxılmış təbii qaz məntəqəsininistifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə CNG məntəqələrinin sayı 20-yə çatdırılacaq.
Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd CNG məntəqəsi istehlakçılara təhvil veriləcək. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur.
Ümumilikdə respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatır
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək. **