SOCAR-da kadr islahatları həyata keçirilib.
FED.az modern.az-a istinadən xəbər verir ki, görə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən azad olunub.
Eləcə də bax: Prezident SOCAR-a yeni vitse-prezident - TƏYİN ETDİ
SOCAR-ın İctimaiyyətlə əlaqərlə və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a faktı təsdiqləyib:
“Rəhman Qurbanov dəyərli qocaman neftçi kimi təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib. Onun yerinə Daşqın İsgəndərov təyin olunub”.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.