2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23% - 2 milyard 248,3 milyon manata qədər (cari məzənnə ilə təxminən $1 milyard 322,5 milyon) azalıb.
SOCAR Macarıstanın şirkətinə 100 milyon kubmetr qaz satacaq - MÜQAVİLƏ İMZALANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
6 ay ərzində avtomobil benzini istehsalında 39,2% - 700,6 min tonadək, təyyarə yanacağı 14,3% - 283,3 min ton, qazoyl (dizel yanacağı) istehsalında 33,9% - 1 milyon 154,3 min tonadək, sürtkü yağları istehsalında 60,5% - 31,3 min tonadək, neft koksu istehsalında 61.9% - 125,6 min tonadək, maye qaz istehsalı 24,2% - 122,1 min tonadək artım qeydə alınıb.
Soba mazutu 93,8% - 4 min tonadək, neft bitumu istehsalı 37% - 111,3 min tonadək azalıb.
2023-ci il iyulun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 4,6 min ton avtomobil benzini, 39,3 min ton təyyarə yanacağı, 94,3 min ton qazoyl (dizel yanacağı), 6,6 min ton sürtkü yağı, 2 min ton soba mazutu, 2,1 min ton maye qaz, 12,3 min ton neft bitumu, 20 min ton neft koksu var. (İnterfaks-Azərbaycan)