Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkətin gəlirləri 86 milyard 309 milyon manat olub. Bu, 2024-cü ildəki 84 milyard 689 milyon manatlıq gəlirdən 1 milyard 620 milyon manat və ya 1,9% daha çoxdur.
Bu dövrə SOCAR-ın satışlarının maya dəyəri 3 milyard 594 milyon manat (4,6%) azalaraq 77 milyard 296 milyon manatdan 73 milyard 702 milyon manata düşüb.
Şirkətin mənfəəti 5 milyard 214 milyon manat və ya 70,5% artaraq 12 milyard 607 milyon manata yüksəlib.
Hesabat dövründə şirkətin paylaşdırma xərcləri 2 milyard 508 milyon manat (463 milyon manat / 22,6% çox), ümumi və inzibati xərcləri 3 milyard 289 milyon manat (1 milyard 37 milyon manat / 46% çox) olub.
Əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin silinməsindən gəlirlər şirkətə 12 milyon manat qazandırıb ki, bu da, illik müqayisədə 3 milyon manat (20%) daha azdır.
Şirkətin sosial xərcləri 412 milyon manata bərabər olmaqla, illik müqayisədə 61 milyon manat və ya 17,4% daha çox, kəşfiyyat və qimətləndirmə xərcləri 28 milyon manat olmaqla, illik müqayisədə 11 milyon manat və ya 64,7% daha çox olub. gözlənilən kredit zərəri 19 milyon manata bərabər olub.
Bundan başqa, ötən il SOCAR-ın effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 114 manat olmaqla, son bir ildə 96 milyon manat və ya 6,3 dəfə artıb. Maliyyə xərcləri də 46 milyon manat (24 dəfə) artaraq 48 milyon manata yüksəlib.
Sair əməliyyat xərcləri 2 milyard 457 milyon manat (588 milyon manat / 31,4% çox), sair əməliyyat gəlirləri 1 milyard 262 milyon manat (708 milyon manat / 35,9% az) təşkil edib.
2025-c ildə SOCAR-ın əməliyyat mənfəəti 5 milyard 234 milyon manat olmaqla, 2024-cü ilə nəzərən 2 milyard 328 milyon manat, yaxud da 80,1% daha çox olub.
Bundan başqa, ötən il şirkətin effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirlərinin həcmi 843 milyon manat (9 milyon manat və ya 1% az), digər maliyyə xərcləri 2 milyard 682 milyon manat (608 milyon manat və ya 29,3% çox), məzənnə fərqi üzrə zərərlər 393 milyon manat (27 milyon manat və ya 7,4% çox), xalis monetar mövqe üzrə gəlir 456 milyon manat (658 milyon manat və ya 2,4 dəfə az) olub.
Birgə və asılı müəssisələrin mənfəətindən pay da kəskin azalıb Belə ki, birgə müəssisələrin fəaliyyətindən gəlirlər 107 milyon manat (433 milyon manat / 5 dəfə az), asılı müəssisələrin fəaliyyətindən gəlirlər 144 milyon manat (723 milyon manat / 6 dəfə az) olub.
2025-ci ilin sonunda şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyard 709 milyon manat, mənfəət vergisi xərci 760 milyon manat təşkil edib. Yekunda şirkətin 2025-ci il üzrə mənfəəti 2 milyard 949 milyon manata bərabər olmaqla, 2024-cü ilə nəzərən 22 milyon manat və ya 1% çox olub.
Hesabat dövrünün sonunda SOCAR-ın cəmi aktivlərinin həcmi 96 milyard 852 milyon manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 2 milyard 151 milyon manat və ya 2,3% daha çoxdur. Aktivlərin 30 milyard 563 milyon manatı cari aktivlərin, 66 milyard 289 milyon manatı cəmi uzunmüddətli aktivlərin payına düşüb.
2025-ci ilin sonunda şirkətin cəmi öhdəlikləri isə 46 milyard 925 milyon manata bərabər olmaqla, son bir ildə 881 milyon manat (1,9%) artıb. Öhdəliklərin 28 milyard 180 milyon manatı cari öhdəliklərin, 18 milyard 745 milyon manatı cəmi uzunmüddətli öhdəliklərin payına düşüb.
Yekunda 2025-ci ilin sonunda SOCAR-ın cəmi kapitalı 49 milyard 927 milyon manata bərabər olub. Bu, 2024-cü ilin sonundakı 48 milyard 657 milyon kapitaldan 1 milyard 270 milyon manat (2,6%) daha çoxdur. Kapitalın 34 milyard 97 milyon manatı qrupun səhmdarlarına aid olan kapital, 15 milyard 830 milyon manatı qeyri-nəzarət paylarına aid olan kapital olub.





![SOCAR 86 milyard manat gəlirdən – [red]3 MİLYARD QAZANIB - HESABAT[/red] | FED.az](/upload/news/small/3514738.jpg)
![SOCAR 86 milyard manat gəlirdən – [red]3 MİLYARD QAZANIB - HESABAT[/red] | FED.az](/upload/news/small/451304.jpeg)
![SOCAR 86 milyard manat gəlirdən – [red]3 MİLYARD QAZANIB - HESABAT[/red] | FED.az](/upload/news/small/4882494.jpeg)
![SOCAR 86 milyard manat gəlirdən – [red]3 MİLYARD QAZANIB - HESABAT[/red] | FED.az](/upload/news/small/2594959.jpeg)







