Hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR bütün təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.
FED.az xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:
“Ən pis ehtimallara qarşı sığortalanaraq, həmkarlarımızın təhlükəsizliyini təmin etmək və insan tələfatının qarşısını almaq üçün SOCAR maksimum mümkün olan dərəcədə qabaqlayıcı tədbirlər görüb, istehsalat qəzalarının baş verməməsi üçün zəruri olan növbətçilərdən başqa demək olar ki, bütün işçilərini təxliyə edib”.
Eləcə də bax: BP havaya görə Xəzərdə işlərini dayandırmayacaq - AÇIQLAMA
SOCAR rəsmisi qeyd edib ki, ümumilikdə əvvəl nəzərdə tutulduğundan daha çox, yəni 2500-ə yaxın əməkdaş sahilə çıxarılıb:
“Platformalarda növbətçilik təşkil olunub, FHN gəmiləri ilə birlikdə növbətçilərimiz vəziyyəti daimi nəzarət altında saxlayırlar. Yaxın günlərdə hava şəraiti normallaşandan sonra bütün işçilər öz iş yerlərinə qayıdacaq”.