Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını gündə 500 min barel azaltmaq qərarı ilə qlobal enerji bazarındakı vəziyyəti dəyişib.
FED.az-ın məlumatına görə, «Bloomberg» xəbər verir ki, digər OPEC+ üzvlərinin, o cümlədən Rusiyanın analoji tədbirləri sayəsində Brent markalı neftin qiyməti yaxın gələcəkdə 100 dollar/barelə yaxınlaşa bilər.
Xatırladaq ki, aprelin 2-də bir sıra OPEC+ ölkələri, o cümlədən Rusiya qlobal xammal bazarında gözlənilməzlik səbəbindən neft hasilatını ilin sonuna qədər azaldacaqlarını açıqladı.
Moskva, Səudiyyə Ərəbistanının qəbul etdiyi analoji qərara uyğun olaraq gündəlik hasilatı 500 min barel azaldacağını bildirib. Ümumilikdə gündəlik xammal istehsalının ümumi azalması 1,5 milyon bareldən çox olacaq.
Azalma qərarı dərhal neftin qiymətin artırıb və Brent nefti 84 dollara yüksəlib. «Səudiyyənin neft sürprizi qiymətlərin daha da böyük artımına təkan verir. Artıq neftin 1 barelinin 100 dollara qayıdış perspektivi yenidən real görünür».
«Goldman Sachs» şirkəti bu ilin sonuna neftin qiymət proqnozunu 95 dollara, 2024-cü il üçün isə 100 dollara qaldırıb, bəzi analitiklər isə hətta üçrəqəmli rəqəmlər haqqında danışmağa başlayıblar.