Rusiya hökumətinin Qərb ölkələrinin Rusiya neftinə dekabrın 5-dən tətbiq etdiyi qiymət limitinə qarşı cavab tədbirləri məlum olub.
FED.az xəbər verir ki, «Vedomosti» qəzeti öz mənğələrinə əsasən bu barədə prezidentin fərmanının hazırlandığını və yaxın günlərdə imzalanacağını bildirib.
Artıq razılaşdırılmış fərmana əsasən qiymət limitinə qoşulmuş ölkələrə neft satışı qadağan edilir. Belə ki, əgər neftin satışı ilə bağlı müqavilədə bu ölkələrdən hansınınsa adı çəkilirsə, neft satmaq qadağan edilir. Bundan başqa, əgər müqavilədə neftin qiyməti ilə bağlı şərt və ya qiymət limitinə yaxın məbləğ göstərilsə, onda da neft satışı qadağan edilir.
Nəhayət, fərmana əsasən istənilən qadağalardan kənar neft satışı üçün hüquq da müəyyən ediləcək. Amma bu hökumətin icazəsi ilə olacaq.
Fərman dekabrın 5-dək bağlanan müqavilələrə şamil edilməyəcək. O imzalanandan 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq, sonradan müddətini uzatmaq imkanı da mümkün olacaq.
Xatırlaaq ki, Avropa İttifaqı ölkədəri və ABŞ dekabrın 5-dən etibarən Rusiya neftinə 60 dollarlıq limit tətğiq edib – rus neftini bu həddən yuxarı qiymətə almaq qadağan edilib.