Ukrayna ətrafında geosiyasi gərginliyin artması neftin qiymətinin yüksəlməsinə öz töhfəsin verir və bu "töhfə" 15 dollar miqdarında ölçülür. Amma vəziyyətin normallaşması ilə neftin qiymətinə sözügedən "15 dolları" əlavə edən amillər yox ola bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə TASS-a "Fitch Ratings" beynəlxlaq reytinq agentliyinin təbii sərvətlər və əmtəə malları üzrə baş direktoru Dmitri Mariniçenko deyib.
Onun sözlərinə görə, vəziyyətin pisləşməsi sürətlənərsə və Rusiya neftinin ixracına qarşı sanksiyalar tətbiq olunarsa, o zaman neftin bir barelinin qiyməti 100 dollar həddini keçə bilər.
D. Mariniçenko qeyd edib ki, Rusiyanın dünya neft bazarındakı payı 10%-dən bir qədər çoxdur və İrana qarşı sanksiyalar tezliklə ləğv olunsa belə, bazarda Rusiyanın təklifini əvəz etmək mümkün deyil.