Dünyanın ən böyük neft və qaz şirkətləri bu il koronavirus epidemiyası və neftin aşağı qiymətləri fonunda xərclərini azaldır.
Eləcə də bax: Koronavirus və ucuz neft Azərbaycanın bank sektoruna - PROBLEMLƏR YARADACAQ
FED.az xəbər verir ki, "Saudi Aramco" və "Royal Dutch Shell" də daxil olmaqla səkkiz nəhəng neft şirkəti bu il üçün planlaşdırılmış 142 mrld. ABŞ dolları həcmində olan xərclərini 20% və ya 28 mlrd. dollar azaltmağa qərar verib.
Qeyd edək ki, BP 2020-ci il üçün xərc planını 25% azaldıb. Şirkət ABŞ-ın şist neft və qaz bazarında da hasilatı azaldacaq.
İnvestorların proqnozlarına görə, mövcud böhranın davam edəcəyi təqdirdə, sözügedən neft şirkətləri tərəfindən elan edilən xərclərin azaldılması borc səviyyələrini artırmadan divident əldə etmələri üçün kifayət etməyəcək.
Apa