Rusiyanın ən böyük şirkətlərinin reytinqində lider dəyişib.
Eləcə də bax: Polşa “Qazprom”u 7.6 milyard dollar məbləğində - Cərimələdi
FED.az xəbər verir ki, son 20 ildə ilk dəfə olaraq «Rosneft», «Qazprom» və «Lukoyl»u sıxışdıraraq birinci yerə yüksəlib.
2000-ci ildən bəri siyahıya başçılıq edən «Qazprom» 2019-cu ili pis göstəricilərlə baş vurub. Dünya bazarında enerji daşıyıcılarının qiyməti endiyinə görə, 2019-cu ildə «Qazprom»un rublda gəlirləri 6,5% azalıb. Digər mühüm səbəb Rusiya qazının Avropa bazarındakı monopolist mövqeyindən sıxışdırılmasıdır. Ardıcıl iki il isti qış, Sıxılmış Qaz təklifinin artması (2019-cu ildə belə qaz təklifi 70% artıb), boru kəməri ilə qaz ixracının azalması (4,8% azalıb) və başqa amillər də Rusiyanın qaz nəhənginin işlərini çətinləşdirib.
İndiki lider olan «Rosneft»in 2019-cu ildə rublda gəlirləri 10,2% artıb. Bu əvvəlki ildən 3 dəfə aşağı olsa da, yenə də digər rəqiblərdən daha yaxşı göstəricidir. Məsələn «Lukoyl»un gəlirləri 1% azalıb.