London birjasında Brent markalı neftin qiyməti iyul ayından bəri ilk dəfə 76 dolları keçib.
Sentyabrın 15-də birjada neftin qiyməti 3,4% bahalaşaraq 73,6 dollardan 76,1 dollara qalxıb. Sonradan qiymətlər yenidən 75,8 dollara enib.
Bahalaşmanın səbəbi ABŞ-da neft ehtiyatlarının kəskin azalması barədə məlumatlardır. Keçən həftə ABŞ-daneftin kommersiya ehtiyatları 6,4 milyon barel azalıb. Azalma ardıcıl 7 həftədir ki, davam edir. ABŞ-da benzin ehtiyatları da 1,9 milyon barel azalıb.