Qazaxıstan Rusiyadan neft məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib.
“Qazaxıstan Rusiya Federasiyasından benzin, dizel və aviasiya yanacağının ölkənin daxili bazarına idxalına müvəqqəti qadağa tətbiq edir”,- deyə Nazirliyinin açıqlamasında.deyilir.
Bundan başqa, Qazaxıstan yanacaq və sürtkü materialları, həmçinin 2709, 2710, 2902, 3403, 3811 qruplarına aid malların avtomobil nəqliyyatı ilə respublika ərazisindən ixracına da qoyulan qadağanı ləğv edir.
Agentlik Nazirliyin mətbuat xidmətindən dəqiqləşdirib ki, qurum rəhbərinin qərarı ilə təsdiqlənmiş bu addımlar cari ilin aprelin 1-dən qüvvəyə minəcək.
Neft-qaz sahəsində olan mənbə isə bildirir ki, görülən tədbirlər daxili bazarda neft məhsullarının artıqlığının yaranmasının qarşısının alınmasına və ixracın stimullaşdırılmasına yönəldilib.
Report