Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu (SK-AIH) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişi imzalanıb.
SOCAR Türkmənistanda neft-qaz çıxarmaq istəyir - CABBAROV AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə "Samruk-Kazyna" məlumat yayıb.
"İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. "SK-AIH" fondu minoritar səhmdar qismində çıxış edəcək. Əməkdaşlıq Qazaxıstanla Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır", - məlumatda qeyd olunub. (Report)