Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan yaşayış binasına görə SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 965 min. manat həcmində debitor borcu yaranıb.
“Azəristiliktəchizat”ın “Azəriqaz”a olan debitor borcunun həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, debitor borcu binanın istiliklə təmin olunması üçün verilən qaza görə yaranıb. Məcburi köçkünlərin yaşadığı həmin bina Bakının Suraxanı rayonunda yerləşir.
““Azəristiliktəchizat” ASC elan etdi ki, həmin bina bizim balansımızda deyil. “Qaçqınkom”un balansında olduğuna görə, biz də onun qazanxanasına qaz verirdik və nəticədə, 965 min manat debitor borcu yarandı. Ümidvarıq ki, “Azərictiliktəchizat” ASC necə ki, öz debitor borcuna həssas yanaşır, digər dövlət qurumu da həmin debitor borcunun ödənişi ilə bağlı konkret hərəkətə keçəcək ”, - Eldəniz Vəliyev əlavə edib. (Apa)