Pakistan hökumətinin İqtisadi Koordinasiya Komitəsi sabah yanvarın 1-də Azərbaycandan kreditlə yanacaq alınmasına dair razılaşmanı təsdiqləmək üçün xüsusi toplantı çağırıb.
FED.az-ın məlumatına görə, virtualaz.prg Pakistan mənbələrinə istindən xəbər verir ki, hökumət Azərbaycandan uzunmüddətli kredit hesabına avtomobil benzini alaraq ölkə daxilində benzinin bahalaşmasının qarşısını almağa hazırlaşır.
Eləcə də bax: ABŞ neft bazarında hegemonluğa başladı - REKORD GÖSTƏRİCİ
Komitənin iclasına maliyyə naziri Əsəd Umar başçılıq edəcək. İnformasiyalı mənbələr bildiriblər ki, Azərbaycan dövlət neft şirkəti SOCAR vasitəsilə Pakistana uzunmüddətli razılaşma çərçivəsində Pakistana neft məhsullarının təchizatını təklif edib.
Tərəflər 2017-ci ilin fevralında neft-qaz məhsullarının, o cümlədən yanacaq mazutunun, benzin və dizel yanacağının, sıxılmış qazın təchizatına dair hökumətlərarası saziş imzalayıblar. Gözlənilir ki, bu saziş çərçivəsində SOCAR və Pakistanın PSA şirkəti 4-6 aylıq kreditlə 100-150 milyon dollarlıq avtomobil benzininin idxalına dair müqavilə bağlayacaqlar.
Mənbələr deyiblər ki, SOCAR-ın Dubayda neft rezervuarı var və şirkət Pakistana benzini oradan göndərmək imkanındadır.
Pakistan hökuməti bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından da yanacaq idxal edib. Lakin hökumətdəki mənbələr deyiblər ki, bu razılaşmaları Azərbaycanla razılaşma ilə müqayisə etmək şərtlər baxımından mümkünsüzdür. Azərbaycan Pakistanla dostluq münasibətlərini nəzərə alaraq daha münasib şərtlər təklif edib, üstəlik SOCAR iki ölkə arasındakı münasibətləri nəzərə alaraq heç bir dövlət qarantiyası olmadan 100-150 milyon dollarlıq benzini kreditlə verəcək.
Pakistan SOCAR-dan kreditlə benzin almağa hazırlaşır
01:29
1 Yan 2019