Dünya bazarında neftin qiyməti son iki ildə ən yüksək həddə qalxıb. FED.az xəbər verir ki, bu gün hərracların gedişində Brent nefti 72 dolları keçib. Bakı vaxtilə 17-22-də neftin qiyməti 72,15 dollar olub. Bu 2019-cu ildən bəri neftin ən yüksək qiymətidir.
«Reuters» ehtimal edir ki, bu həftə ərzində «Brent» nefti 2,8%, WTI nefti isə 4% bahalaşacaq.
Analitiklər bildirir ki, neftin bahalaşması düny iqtisadiyyatının dirçəlməsi və yayın gəlişi ilə neftə tələbatın artması ilə bağlıdır.
«Neft qiymətləri tələbatın bərpa olunması ilə bağlı müsbət siqnallar alaraq bahalaşır»-deyə «Commerzbank»ın analitikləri bildirir. «Yay və dünya iqtisadiyyatının dirçəlməsi ilin ikinci yarısında da neftə tələbatın artacağından xəbər verir»-deyə «PVM» broker şirkətinin nümayəndəsi Stiven Brennok bildirib.