Rusiyanın Ukraynaya hücumu və onun ərazisini işğal etməsi, nəticədə Qərbin sanksiyaları dünya bazarında neftin qiymətinə ciddi təsir edib.
FED.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2014-cü ilin iyunundan bəri ilk dəfə olaraq 9% artaraq 114 dolları keçib. Bahalaşma davam edib və artıq neft 117 dollar ətrafında satılır.
WTI neftinin qiyməti isə 8%-lik bahalaşmadan sonra 114 dollara yüksəlib.