Dünya bazarında neftin qiyməti son 9 ayda ən yüksək həddə qalxıb.
FED.az xəbər verir ki, noyabrın 25-də London birjasında Brent markalı neft üzrə yanvar müqavilələrinin qiyməti 2,51% bahalaşaraq 49,06 dollara yüksəlib. Sonuncu dəfə Brent markalı neft bu qiymətə martın 6-da satılmışdı.
Neft ABŞ birjalarında da bahalaşıb. WTI markalı neftin qiyməti 2,85% artaraq 46,19 dollar olub.