Bazar ertəsi Brent neftinin qiyməti oktyabrın 14-dən bəri ən yüksək səviyyəni - bir barel üçün 77 dolları görüb. ABŞ xam nefti təxminən 74 dollara satılıb.
FED.az xəbər verir ki, analitiklər bildirir ki, İran və Rusiyadan azalan neft ixracı ilə əlaqədar olaraq Asiya alıcıları alternativlər axtarmaqdadırlar.
Morgan Stanley-in analitikləri "Brent neftinin qiymətinin ehtimal ki, 70 dollar civarında sabitləndiyini" bildiriblər. Bank bu il əsasən OPEC+ qrupuna daxil olmayan istehsalçılarda artan hasilatın tələb artımını üstələyəcəyi üçün gündəlik təxminən 700 000 barel profisit proqnozlaşdırır.
Ən böyük idxalçı Çinin zəif tələbi neftə mənfi təsir edir. Bu, Donald Trampın bu ay Ağ Evə qayıtmağa hazırlaşdığı bir vaxtda geosiyasi qeyri-müəyyənlik ilə kompensasiya edilib. (Marja)